İranın Zehdan şəhərində məscid imamı qətlə yetirilib
İslamazeri.com xəbər verir ki, İranın Sistan-Bəlucistan əyalətinin Zahedan şəhərində 31 yaşlı höccətilislam Səccad Şəhraki, Molla Muttəqian məscidinin imam-xətibi silahlı hücum nəticəsində qətlə yetirilib.
Hüquq mühafizə orqanlarının bildirdiyinə görə, hadisə cümə axşamı baş verib. Belə ki, üzü bağlı cinayətkarlar iki avtomobildən ona güllə atıblar.
Şəhraki baş və döşündən güllə yarası alaraq həyatını itirib.
Hazirda istintaq axtarış tədbirləri davam edir.