QMİ-dən Ramazan bayramı ilə bağlı AÇIQLAMA

QMİ-dən Ramazan bayramı ilə bağlı AÇIQLAMA
Yayınlanma tarixi: 4/17/2023 6:21:36 PM

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.

Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna əsasən təqdim etdiyi təqvimə görə, aprelin 21-də Azərbaycanda Ramazan bayramının olacağı gözlənilir.

“İslamazeri.com” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, hər il olduğu kimi bayram namazı bəzi məscidlərdə saat 08:00-da, bəzilərində isə 09:00-da qılınacaq:

“Aprelin 20-si axşam isə bayram axşamı hesab edilir və fitrə zəkatı verilir. Fitrə zəkatı hər il olduğu kimi minimum 10-15 manat məbləğ tövsiyə olunur. Məscidlərdə namaz vaxtları da hər il olduğu kimi bəzi məscidlərdə 08:00, bəzi məscidlərdə 09:00-da qılınacaq”.

Fuad Nurullayev qeyd edib ki, aprelin 19-da Ramazan bayramı ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası da yayımlanacaq.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Aprelin 9-u (Ramazanın 18-ci günü), 11-i (Ramazanın 20-ci günü), 13-ü (Ramazanın 12-ci günü) və 17-də (Ramazanın 26-cı günü) Qədr (Əhya) gecələri olub.

Xatırladaq ki, aprelin 21 və 22-də Azərbaycanda Ramazan bayramı olacaq. Bayramla əlaqədar 4 gün – aprelin 21, 22, 23 və 24-də qeyri-iş günləri olacaq.

GÜNÜN MANŞETLERİ

Obamadan Trampa CAVAB
DÜNYA / MARAQLI

Obamadan Trampa CAVAB

2/16/2026 12:20:01 PM
Sabah 73 mindən çox abonentin qazı kəsiləcək
ÖLKƏ / HADİSƏ

Sabah 73 mindən çox abonentin qazı kəsiləcək

2/16/2026 12:02:54 PM
İsrail Qərb Sahilini
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qərb Sahilini "dövlət ərazisi" elan etdi

2/16/2026 11:39:15 AM
Həftənin günlərinin zikrləri
DİN

Həftənin günlərinin zikrləri

2/16/2026 10:40:29 AM