1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:03.10.2019 12:15:55

Hadisə Rusiyada baş verib.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Rusiya Federasiyası Buryatiya Respublikasında təcili tibbi yardım xəstəxanasında 19 yaşlı qadın xəstənin mədəsindən 2 kq çəkiyə sahib saç topası çıxarılıb.

Əməliyyatdan öncə qız ümumi zəiflik, yeməkdən sonra ürək bulanma və qusmadan şikayətlənirdi. Həkimlər xəstənin mədəsində yad cisim müəyyən ediblər: 50x10x10 sm ölçülü sıx saç topası.

Xəstəxana həkiminin sözlərinə görə, balaca uşaqların öz saçlarının uclarını dişləyib yemək vərdişi bu cür nəticəyə gətirib çıxarır.

O bildirib ki, təsadüfən udulmuş saçlar mədəyə düşür və orada qalır, bir neçə il ərzində böyük saç topası formalaşa bilər. Əməliyatdan sonrakı dövr yaxşı keçib. Hazırda gənc qız xüsusi pəhrizə əməl edir və özünü yaxşı hiss edir.


Qızın mədəsindən 2 kq saç çıxardılar - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsrail Ordusunda yeni qalmaqal: Dinlə əlaqəsi olmayan 300 nəfər hərbiyə dindar kimi çağrılıb
    İsrail Ordusu dinlə əlaqəsi olmayan 300 nəfər gəncin hərbiyə dindar kimi çağrılmasını təsdiqləyib
     09.12.2019
    Azərbaycanda tikinti şirkətinin direktoru həbs edilib
    Azərbaycanda tikinti şirkətinin direktoru həbs edilib.
     09.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ