EURO 1,9314 NEFT 61,56
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR

Kateqoriya : XƏBƏRLƏR

Yayınlanma tarixi:31.03.2018 11:20:39

Xəbər verdiyimiz kimi Fələstinin Qəzza bölgəsinin əhalisi İsrailin Qəzza ilə ayırdığı sərhəd bölgəsində "Torpaq və böyük qayıdış günü" adlı aksiya keçiriblər

Aksiya zamanı İsrail hərbçiləri snayperlərdən istifadə etməklə 16 fələstinlini qətlə yetirib. 

İslamazeri.com xəbər verir ki, Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbas İsrailin Qəzza sakinləri olan fələstinlilərə atəş açmasını pisləyib. O şənbə gününü "ümumi matəm" elan edib.

İranın XİN başçısı Məhəmməd Cavad Zərif özünün tvitter səhifəsində məsələyə münasibət bildirib.

 "Həzrət Musanın(ə) və xalqının zülm və zorakılıqdan xilas olmasını xatırladan mübarək bayramın axşamında, zalım sionistlər ölkələri əllərindən alınmış fələstinlilərin üzləşdikləri əsirlikdən və amansız durumdan xilas olmaq üçün təşkil etdikləri dinc yürüşə hücum edərək, onları amansız şəkildə qətlə yetiriblər. Bu rüsvayçılıqdır.", -deyə Zərifin tvitində qeyd edilib:


"Hizbullah": Şəhadətiniz mübarək olsun!

Məsələyə Livan "Hizbullah"ı da münasibət bildirib. Müqavimət hərəkatının bəyanatında bildirilir ki, baş verənlər bir daha sübut etdi ki, Fələstin idealogiyası hələ də sağdır və Fələstin xalqı işğal edilmiş ərazilərinin azadlığı yolunda hər an ən dəyərli qurbanlarını təqdim etməyə hazırdır.

İRNA bildirir ki, Livan "Hizbullah"ı Fələstin xalqının qəhrəmanlıqlarını alqışlayıb və daim Fələstin xalqının yanında olduğunu, fələstinlilərin işğalçılar qarşısındakı mübarizəsini dəstəklədiyini elan edib. 

Müqavimət hərəkatı qətlə yetirilənlərin ailəsinə başsağlığı verərək, yaralılara Allahdan şəfa istəyib. "Hizbullah" fələstinlilərin bu mitinqini "fədakarlıq və qəhrəmanlıq" adlandırıb. 

BMT...

BMT-nin Təhlükəsizlik Komitəsi Küveytin tələbilə İsrailin bu hücumunu müzakirə etmək üçün biraraya gəlib. Məlumata görə, BMT-nin Təhlükəsizlik Komitəsində çıxış edən Mahmud Abbas İsraili mülkü vətəndaşları qətlə yetirdiyini görə, beynəlxalq qanunlar qarşısında cavab verməli olduğunu bildirib.

BMT-nin baş katibi Antonio Guterres məsələnin araşdırması üçün müstəqil və şəffav araşdırmaya ehtiyac olduğunu, lakin İsrailin insan haqları məsələsində qaydalara əməl etməli olduğunu bildirib.  BMT iclasında İsrail iştirak etməsədə, Qəzzadakı olaylar pislənilib, lakin sionist rejimə qarşı heç bir addım atılmayacaq.

Türkiyə XİN olaylara münasibət bildirdi...

"İsrailin Qəzzada həyata keçirdiyi dinc aksiyalara qatılan fəlsətinlilərə qarşı güc tətbiq etməsini şiddətlə qınayırıq. İsrail güc strukturlarının müdaxiləsi nəticəsində yaşanmaqda olan qətl və yaralanmalara görə narahatçılığımızı bildiririk. İsrailin bölgədə gərginliyi artıracaq güc istifadə etməsinə son verməsi lazımdır. Beynəlxalq toplumu İsrailin bu təcavüzkar addımlardan vaz keçməsi üçün üzərinə düşən vəzifələri yerinə yetirməyə dəvət edirik.", -deyə XİN-in bəyanatında bildirilir.

Ərəb liqası, İordaniya və Misir də İsrailin hücumlarını pisləyib...

İordaniyanın İnformasiya naziri Məhəmməd Əl-Momani ölkəsinin İsrailin bu addımlarını pislədiyini, dinc mitinq iştirakçıalrına qarşı hücumua görə məsuliyyət daşıdığını bildirib. Misir XİN İsrailin bu hücumlarını pisləyərək, sionist rejimi silahsız mülkü vətəndaşlara qarşı bu cür addımları təkrarlamağa çağırıb.

Ərəb Liqası ölkələri də, bu hücumları pisləyərək, İsraili dinc etirazçılara qarşı güc tətbiq etməsini tənqid edib.

Qeyd edək ki, dünən saat 12-də Qəzzada 30 mindən çox insan İsrail rejiminə etiraz əlaməti olaraq kasiya keçirib. Aksiyaya hücum edən sionistlər 16 nəfərin ölümünə, minlərlə fələstinlinin yaralanmasına səbəb olub - ətraflı.


Qəzzadakı mitinq fələstinliləri birləşdirdi; Ümumi matəm elan olundu, ilk beynəlxalq reaksiyalar... - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Putin kimin prezident ola biləcəyindən danışdı: Adətən...
    Onun sözlərinə görə, peşəkar bilik və bacarıqlar lazım və faydalıdır.
     14.12.2018
    DSX Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa hissəsindəki döyüş postlarını təhvil alıb
    bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsində deyib.
     14.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ