EURO 1,9978 NEFT 78,86
USD 1,7 RUB 0,0273
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:17.06.2017 15:57:01

Təlim Qətərlə bəzi ərəb ölkələri arasında başlayan böhrandan sonra ilk olma xüsusiyyəti daşıyır.

İslamazeri.com xəbər verir ki, Amerika Birləşmiş Ştatları ilə Qətər birgə hərbi təlim başladıb. Qətər mərkəzli "Al Jazeera" kanalının xəbərinə görə, paytaxt Dohanın cənubunda Qətər sahil sularında başladılan təlimdə iki ABŞ döyüş gəmisi ilə Qətər dəniz qüvvələrindən birliklər iştirak edib.

Təlimin raket və top atışlarının keçiriləcəyi bir sıra xüsusi dəniz əməliyyatı ilə Qətər və ABŞ təyyarələri ilə dəniz ünsürlərinin birgə əməliyyat icrasından ibarət olduğu bildirilib.

Təlim Qətərlə bəzi ərəb ölkələri arasında başlayan böhrandan sonra ilk olma xüsusiyyəti daşıyır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Misir və Yəmən rejimi 5 iyunda terrorizmə dəstək verməklə günahlandırdıqları Qətər ilə bütün diplomatik əlaqələrini kəsdiyini bildirib. Hava məkanlarını Qətərə bağlayan Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn qətərli diplomatların 48 saat ərzində ölkələrindən ayrılmasını istəmişdi. Səudiyyə Ərəbistanı həmçinin Qətərin yeganə quru sərhədini də bağlayıb.


Qətər və ABŞ-dan birgə hərbi təlim

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vilayəti İranın Avropadan təzminat tələb edəcəyindən danışdı
    İran İslam İnqilabının rəhbəri Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Avropanın nvə sazişilə bağlı təzadlı açıqlamalarına görə İran tərəfindən təzminat tələb ediləcəyini bildirib
     21.05.2018
    Tbilisi bu gün - FOTO
    İslamazeri.com-un bu gün, 21 may 2018-də Tbilisidən hazırladığı kiçik fotoreportaj
     21.05.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ