Raid Saleh təşkilatın İsrail rejimilə əlaqələrini rədd edib.

Suriyada "Ağ Dəbilqəlilər" adı ilə tanınan təşkilatın dəstəbaşı Raid Saleh bu təşkilatın Suriya əleyhinə yaradılan Ərəb-Qərb ittifaqı tərəfindən dəstəkləndiyini açıqlayıb.
İslamazeri.com xəbər verir ki, Raid Saleh təşkilatın İsrail rejimilə əlaqələrini rədd edib.
Saleh "Ağ Dəbilqəlilər"in ilk iclasının 2014-cü ildə Türkiyədə keçirildiyini, bu adın təşkilat üçün 2015-ci ildə seçildiyini bildirib.
Saleh "Ağ Dəbilqəlilər" təşkilatını ABŞ, Almaniya, Fransa, Britaniya və Qətərin dəstəklədiklərini, təşkilatın İsrail rejimilə heç bir əlaqəsi olmadığını qeyd edib.
"Ağ Dəbilqəlilər" Suriyada humanitar yardım pərdəsi altında kimyəvi hücumları təşkil edən və günahı Suriya dövlətinin üzərinə yıxmağa çalışmaqla tanınan bir təşkilatdır.
“Qərb və Qətər “Ağ Dəbilqəlilər”in hamisidir”