"Qərb İrana qarşı dezinformasiya kampaniyası aparır"

Yayınlanma tarixi: 20.10.2022 12:31:26

İranın BMT-dəki nümayəndəsi Tehranın Moskvaya Ukraynada istifadə üçün pilotsuz təyyarələr verməsi ilə bağlı iddiaları təkzib edib.

İslamazeri.com Mehr-ə istinadən xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi səfir Əmir Səid İrəvani açıqlamasında deyib: “Biz İranın Ukrayna münaqişəsində istifadə üçün (Rusiyaya) pilotsuz təyyarələr verməsi ilə bağlı boş və əsassız iddiaları qətiyyətlə rədd edirik”.

"İran Ukraynada münaqişə başlayandan bəri ifadə edilən vəziyyətlə bağlı aydın və ardıcıl mövqe nümayiş etdirib. İran ardıcıl olaraq Ukraynada sülhün və münaqişənin dərhal dayandırılmasının tərəfdarı olub", - İrəvani bildirib.

Bu iddiaların əsassız olduğunu sözlərinə əlavə edən İrəvani bildirib ki, Qərb İrana qarşı dezinformasiya kampaniyası aparır.

İrəvani həmçinin bəyan edib ki, İran Ukraynadakı münaqişələrin həlli üçün konstruktiv qarşılıqlı fəaliyyəti davam etdirəcək.

GÜNÜN MANŞETLERİ