EURO 2,012 TRY 0,234
USD 1,7 RUB 0,0232
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:30.08.2019 12:29:06

Cümə axşamı günü "Qarabağ" futbol klubu Şimali İrlandiyanın "Linfild" komandasını Bakıda 1:2 hesabı ilə məğlub edib.

İslamazeri.com "bbcazərbaycanca"ya istinadən xəbər verir ki, cümə axşamı günü "Qarabağ" futbol klubu Şimali İrlandiyanın "Linfild" komandasını Bakıda 1:2 hesabı ilə məğlub edib.

Görüşdə qolları "Qarabağ" təmsilçilərindən Xayme Romeo və Abdulla Zubir "Linfild" komandasından isə Şayne Laveri vurub.

Görüşün nəticəsinə görə "Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb və buna görə 2 milyon 920 min avro mükafat əldə edib.

Azərtacın xəbərinə görə, bu məbləğ UEFA-nın Avropa Liqasının qrup mərhələsinə çıxan bütün komandalara veriləcək.

Bu vaxta qədər Ağdam təmsilçisi UEFA Çempionlar Liqasında 1, 2 və 3-cü təsnifat mərhələlərində iştirak etdiyinə görə 280, 380 və 480 min avro, yəni, ümumilikdə 1 milyon 140 min avro gəlir əldə edib.

Bu ilin göstəricilərinə görə, "Qarabağ" klubunun əldə etdiyi mükafatın məbləği ümumi olaraq 4 milyon 60 min avro təşkil edib. Bu yerli valyuta ilə 7 milyon 640 min manatdan çox vəsait deməkdir.

Bununla "Qarabağ" təmsilçiləri ardıcıl altıncı ildir ki, avrokubokların qrup mərhələsində mübarizə aparacaq.

Son qələbəsi ilə "Qarabağ" beşi Avroliqada, biri isə Çempionlar Liqasında olmaqla ardıcıl 6-cı dəfə qrup mərhələsində oynayacaq.


"Qarabağ" "Linfild"ə qalib gələrək 2,92 milyon avro qazandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bazar gününə olan statistika: Koronavirusdan sağalanların sayı 90 faizi keçdi
    Azərbaycanda koronavirus infeksiyasına 87 yeni yoluxma aşkarlanıb, 308 nəfər müalicə olunaraq sağalaraq evə buraxılıb.
     09.08.2020
    Gürcüstanda Qədir Xum bayramı keçirildi - FOTO
    Gürcüstanda İmamət və Vilayət bayramı olan Qədir Xum bayramı münasibətilə bayram keçirilib
     09.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ