Qanunsuz kömür quyuları ləğv olunub

Qanunsuz kömür quyuları ləğv olunub
Yayınlanma tarixi: 18.03.2023 11:13:28

Qanunsuz kömür quyuları ləğv olunub.

Qəbələ və Göygöl rayonlarında qanunsuz kömür quyuları ləğv olunub.

İslamazeri.com xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

Dövlət Xidmətinin əməkdaşlarının qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Qəbələ və Göygöl rayonları ərazisində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən 5 kömür quyusu aşkar edilib.

Araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Qəbələ rayonunun Nic kənd sakini Vitali Dallari, Göygöl rayonunun Toğanalı kənd sakinləri Saləddin Həsənov, Akif Məhərrəmov, Azər Qurbanov və Ülfət Həsənov olduğu müəyyən edilib və barələrində qanunamüvafiq tədbirlər görülüb.

Həmin kömür quyuları ləğv olunub.

GÜNÜN MANŞETLERİ

Sabahın hava proqnozu
ÖLKƏ

Sabahın hava proqnozu

20.03.2023 12:45:24
Novruz bayramı haqqında hədislər
DİN

Novruz bayramı haqqında hədislər

20.03.2023 12:38:19
Ceyhun Bayramov Brüsselə gedib
ÖLKƏ / SİYASƏT

Ceyhun Bayramov Brüsselə gedib

20.03.2023 10:27:32