EURO 1,9248 TRY 0,2477
USD 1,7 RUB 0,024
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:31.10.2019 09:40:08

Xəstəlik zamanı damarların xaricinə protein, mineral və maye keçir.

İslamazeri.com medicina.az-a istinadən tam müalicəsi hələ mümkün olmayan sindrom haqqında məlumatları təqdim edir.

Damarlarda həddən artıq genişlənmə, böyümə və ya kiçilmə ilə başlayan xəstəlik müasir tibbdə hələ də araşdırılan, nə səbəbi, nə müalicəsi bilinməyən bir sindromdur.

Xəstəlik zamanı damarların xaricinə protein, mineral və maye keçir.

İri arteriyalarda olan elementlərin səbəbsizcə sürətlə damarın xaricinə, ordan da bir çox orqanların ətrafına yayılması nəticəsində vücudun bəzi yerlərində şişkinliklər yaranır, xəstənin təzyiqi qəfil çox aşağı düşür, ciddi kriz, atak və şok keçirir. Əgər təcili reanimasiyaya yerləşdirilməzsə, ölümə səbəb olur.

Qaçış sindromunun əlamətləri:

Diaqnoz qoyulana qədər illər boyu heç bir əlamət verməz, xəstə heç bir ağrı hiss etmir, amma davamlı kəskin ataklar, vəziyyətin pis olması, bədəndə şişkinliklər nəticəsində xəstəlik üzə çıxır.

Bu xəstəlikdə atak tutmaları ayda 1-2 dəfə, eləcə də 5-6 aydan bir, hətta bir neçə ildən bir də ola bilir.

Təkrarlanan şokdan 24 saat öncə xəstə qripə bənzər əlamətlər hiss edir. Qızdırma, yorğunluq, əzələ, sümük ağrısı, titrətmə.

-Təzyiq aşağı düşür
-Qan laxtalanır
-Başgicəllənmə
-Qarında ağrılar
-Bədəndə şişkinliklər
-Bağırsaqlarda ödem
-Ayaqların şişməsi
-Qusma
-ŞOK

Bu xəstələrdə ürək və ağciyər orqanları ətrafına su sızdığı üçün ürək çatışmamazlığı da baş verir.


“Qaçış sindromu” nədir? - Nadir xəstəliyin səbəbləri

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bill Geyts koronavirus vaksinlərindən danışdı
    ill Geyts koronavirus vaksinin paylanması haqda danışıb.
     11.07.2020
    Azərbaycanda koronavirusa yoluxanlar arasında sağalma faizi 62-ni keçdi
    Azərbaycanda 531 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 514 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     11.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ