Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı apardığını bildirib.
İslamazeri.com Mehr-ə istinadən xəbər verir ki, Gündəlik mətbuat konfransında danışan Peskov, Putinlə Ərdoğanın günün ilk yarısında telefonla danışdıqlarını və bu barədə ənənəvi bəyanatın qısa zamanda dərc ediləcəyini bildirib.
Peskov Putinin günün ikinci yarısında başqa bir liderlə yenidən telefon danışığı aparacağını açıqlayıb.