Suriyadakı vəziyyətin tənzimlənməsi üçün Rusiyadan nümayəndə heyətinin İrana səfər etdiyi bildirilib.
Rusiya Prezidentinin xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov noyabrın 29-da İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianla Tehranda görüşüb.
İslamazeri.com “Report”-a istinadən xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
Bildirilib ki, Suriyadakı vəziyyətin tənzimlənməsi üçün Rusiyadan nümayəndə heyəti İrana səfər edib. Səfər zamanı tərəfləri maraqlandıran əhatəli məsələlər müzakirə olunub.
Noyabrın 30-da Mixail Boqdanov İraqın paytaxtı Bağdada, oradan isə Ərbilə səfər edəcək. Səfər çərçivəsində regional məsələlərin müzakirə olunacağı gözlənilir.