Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:22.01.2022 14:13:45

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

İslamazeri.com APA-ya istinadən xəbər verir ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında qeyd olunan razılaşmaların icrasının praktiki aspektləri, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olunub.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) xətti ilə işin davam etdirilməsinin məqsədəuyğunluğu qeyd edilib.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrliyi nəzərə alınaraq, təşkilat çərçivəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Nikol Paşinyanın xahişi əsasında Vladimir Putin Rusiya Federasiyasının təhlükəsizliyinin təminatlarına dair ABŞ və onun müttəfiqləri ilə danışıqların gedişi barədə qısa məlumat verib.


Putin və Paşinyan sərhədlərin delimitasiya və demarkasiyasını müzakirə edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının plenar iclasında çıxış edib
    Ümumdünya Səhiyyə Assambleyası ÜST-nin qanunverici və ali orqanıdır. Assambleyanın əsas funksiyası təşkilatın fəaliyyətinin qlobal siyasi istiqamətlərinin müəyyən edilməsidir.
     23.05.2022
    Nazirlik: IV siniflərdə monitorinq keçiriləcək
    İyunun 7-də Təhsil Nazirliyi ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq keçirəcək.
     23.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ