1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:21.01.2021 11:25:58

Rusiyalı bloger və müxalifətçi Aleksey Navalnının həbsinə görə Avropa Parlamenti Avropa Birliyindən "Şimal axını-2" boru kəmərinin tikintisinin dayandırılmasını və Rusiyaya qarşı sanksiyalar tətbiq olunmasını tələb etməyi planlaşdırır.

İslamazeri.com Sputnik-ə istinadən bildirir ki, bu barədə Almaniyanın Spiegel nəşri qətnamə layihəsinə istinadən yazır.

Cümə axşamı nəzərdən keçirilməsi planlaşdırılan qətnaməni mühafizəkarlar, sosial-demokratlar, liberallar və yaşılların fraksiyaları dəstəkləməyi düşünürlər. Digər sanksiyalar "Aleksey Navalnının saxlanılaraq həbs olunması qərarına aidiyyəti olan fiziki və hüquqi şəxslərə", eləcə də müxalifətə hücumlara, "rusiyalı oliqarxlara", "prezident (Vladimir) Putinin yaxın çevrəsinə daxil olanlara", eləcə də "mediapropaqandaçılara" qarşı yönəldilə bilər.

"Navalnıya Rusiyanın hücumundan sonra bir enerji məsələsindən danışmalıyıq. Bu, əlimizdə olan ən güclü arqumentdir. "Şimal axını-2" layihəsi əlavə təzyiq göstərmək imkanlarından biridir. Rusiyaya qarşı sadə çağırışlar bəs eləmir", - mühafizəkar və mərkəzçi Avropa Xalq partiyası fraksiyasının rəhbəri Manfred Veber Spiegel-ə deyib.

Digər sanksiyalar dedikdə, adəti üzrə AB-də aktivlərin dondurulması və birlik ölkələrinə girişin qadağan edilməsi nəzərdə tutulur. 

"Avropa Birliyi daha qeyri-müəyyən mənşəyə malik rus zənginliklərinin həvəslə qarşılandığı yer olmamalıdır", - qətnamədə qeyd olnub. 

Səsvermə bu gün  keçirilməlidir. Qətnamə qəbul edilərsə, sanksiyalar avtomatik tətbiq olunmayacaq, onları yalnız AB-nin bütün 27 üzvü Şuranın mexanizmlərinin tətbiqi ilə qəbul edə bilər.

Bundan öncə jurnalistlərə bildirilib ki, Navalnının həbs edilməsi barədə məsələ AB ölkələrinin başçılarının videokonfransında qaldırıla bilər, ancaq hərtərəfli müzakirə AB XİN rəhbərləri səviyyəsində yanvarın 25-də aparılacaq. 

Bazar ertəsi Ximki şəhər məhkəməsi Aleksey Navalnını 30 sutka həbs edib. Onu bazar günü zəhərlənmədən müalicə olunduğu Almaniyadan qayıdarkən Şeremetyevo aeroportunda həbs etmişdilər. 

Qeyd edək ki, Navalnı youtube vasitəsilə "Putin üçün saray" adlı video yayıb. Hər gün video baxışları artır. Artıq baxışların sayı 40 milyona yaxınlaşır. Videoda Putin üçün dünyada misli olmayan saray haqqında video kadrlar və məlumat verilir.


"Putin üçün saray" videosunu yayan Navalnıya görə Avropa Rusiyaya nə edəcək?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rəhimə Xanım (s.ə) ziyarətgahı - VİDEO LAYİHƏ
    “Shafaqna Azərbaycanca”nın video layihəsi çərçivəsində Rəhimə Xanım (s.ə) ziyarətgahı ilə bağlı hazırladığı videonu təqdim edirik.
     8.04.2021
    Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başlayıb - VİDEO
    Aprelin 8-də ölkəmizdə Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başlayıb.
     8.04.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ