Putin Rusiyanın yeni xarici konsepsiyasını qəbul edib

Putin Rusiyanın yeni xarici konsepsiyasını qəbul edib
Yayınlanma tarixi: 1.04.2023 14:11:25

Rusiya prezidenti Vladimir Putin ölkəsinin yeni xarici konsepsiyasını qəbul edib.

Rusiya prezidenti Vladimir Putin  ölkəsinin yeni xarici konsepsiyasını qəbul edib.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Vladimir Putin paytaxt Moskvada Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirib.
Rusiya Prezidenti deyib ki, beynəlxalq arenada baş verən köklü dəyişikliklər Rusiyanın xarici siyasət konsepsiyasına ciddi düzəlişlər etməyi tələb edir.
Rusiyanın xarici siyasət konsepsiyasını yenilədiklərini bildirən Vladimir Putin deyib:"Bu gün Rusiyanın yenilənmiş xarici siyasət konsepsiyasını təsdiq edən fərmanı imzaladım. Bu konsepsiya qarşıdakı dövrdə beynəlxalq münasibətlərdə işlərimiz üçün möhkəm zəmin yaradacaq'',-deyə Vladimir Putin qeyd edib.
İclasda iştirak edən Rusiya xarici işlər naziri Sergey Lavrov da dəyişən geosiyasi reallıqların yenilənmiş xarici siyasət konsepsiyasında öz əksini tapdığını ifadə edərək “Burada beynəlxalq gərginliyin son 10 ildə görünməmiş həddə çatdığı bildirilir. Qeyri-dost dövlətlərin hərəkətlərinin ölkəmizin təhlükəsizliyinə və inkişafına təhdidlər yaratdığı vurğulanır.Yeni konsepsiyada ABŞ anti-Rusiya xəttinin əsas dirijoru kimi təqdim olunub''.
Sergey Lavrov Qərb ölkələrinin Rusiyanı zəiflətmək siyasətini “hibrid müharibə” adlandırıldığını və Rusiyaya qarşı düşmənçilik hərəkətlərinə simmetrik və asimmetrik cavabın nəzərdə tutulduğunu bəyan edib.

GÜNÜN MANŞETLERİ