Putin: Qərb yalanların simvoluna çevrilib

Putin: Qərb yalanların simvoluna çevrilib
Yayınlanma tarixi: 21.02.2023 17:11:35

"Qərb elitası total yalanların simvoluna çevrilib"

"Qərb elitaları tamamilə prinsipsiz yalanların simvoluna çevriliblər"

İslamazeri.com "Sputnik"ə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində deyib.
O, qeyd edib ki, Qərb hökumətləri öz ölkələrinin xalqına da qarşı eyni dərəcədə laqeyd və dominantdır, onları həyasızcasına aldadırlar.
Rusiya lideri bildirib ki, Qərb Ukrayna neonasistlərini Donbassda terror aksiyaları keçirməyə daha çox həvəsləndirir.
"Qərb akademiyaları və məktəbləri millətçi batalyonların zabitlərini hazırlayır, silah-sursatla təmin edirdilər. Vurğulamaq istəyirəm ki, hətta xüsusi hərbi əməliyyat başlamazdan əvvəl Kiyevlə Qərb arasında hava hücumundan müdafiə sistemlərinin, döyüş təyyarələrinin, hərbi texnikanın və digər ağır texnikanı tədarükü ilə bağlı danışıqlar aparılıb. Unutmayın ki, biz Kiyev rejiminin nüvə silahı əldə etmək cəhdlərindən də danışırıq, çünki biz bu barədə açıq danışmışıq", - Putin xatırladıb.
Rusiya lideri Donetsk, Donbass və Luqanska yeni hücum planlaşdıranların növbəti hədəfinin Krım və Sevastopola zərbə olduğunu açıq şəkildə anladıqlarına diqqət çəkib:
"Biz bunu bilirdik və başa düşdük, indi Kiyevdə belə uzaq planlar barədə açıq şəkildə danışılır".

GÜNÜN MANŞETLERİ