Putin: Qərb dövlətləri Ukraynanı müstəmləkəyə çevirib

Putin: Qərb dövlətləri Ukraynanı müstəmləkəyə çevirib
Yayınlanma tarixi: 9.12.2022 14:27:42

"Qərb dövlətləri Ukraynanı müstəmləkəyə çevirib, Ukrayna xalqından Rusiyaya qarşı yem kimi, taran kimi istifadə ediblər"

İslamazeri.com "Sputnik"ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ŞƏT və MDB-yə üzv ölkələrin müdafiə idarələri rəhbərlərinin iclasının iştirakçılarına videomüraciətində deyib.
"Bir neçə il ərzində Qərb həyasızcasına Ukrayna resurslarını mənimsədi və istismar etdi, Donbasda soyqırımı və terroru təşviq etdi, bu ölkəni faktiki olaraq müstəmləkəyə çevirdi və indi Ukrayna xalqından kinli şəkildə qırğına vermək üçün istifadə edir. Rusiyaya qarşı muzdlular göndərməklə Ukraynanı silah və sursatla təmin etməyə davam etmək onu intihar yoluna sövq edir", - Rusiya lideri bildirib.

GÜNÜN MANŞETLERİ