Putin Mariupula səfər edib

Putin Mariupula səfər edib
Yayınlanma tarixi: 19.03.2023 11:01:55

Rusiya prezidenti Vladimir Putin Mariupola işgüzar səfər edib

İslamazeri.com Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya lideri şəhərin bəzi obyektlərinə baş çəkib, yerli sakinlərlə söhbət edib. Onun Mariupola helikopterlə uçduğu bildirilir.
Prezident özü sükan arxasında oturaraq avtomobillə, vaxtaşırı dayanaraq, şəhərin bir neçə rayonunu gəzib.
Rusiya Baş nazirin müavini Marat Xüsnullin şəhərdə və onun ətrafında aparılan tikinti-bərpa işlərinin gedişi barədə dövlətimizin başçısına ətraflı məlumat verib.
“Söhbət xüsusilə yeni yaşayış mikrorayonlarının, sosial və təhsil obyektlərinin, mənzil-kommunal infrastrukturunun, tibb müəssisələrinin tikintisindən gedib”, - deyə Kremlin mətbuat xidmətində qeyd edilib.
Şəhərin Nevski mikrorayonunda Prezident şəhərin yerli sakinləri ilə söhbət edib. Ailələrdən birinin dəvəti ilə Putin onların evinə də baş çəkib.
Kremlin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı Mariupolun yaxta klubunun ərazisindəki sahil zolağı, teatr binası, şəhərin xatirə yerləri ilə də tanış olub.
Qeyd edək ki,  Mariupol Ukraynanın ən böyük şəhərlərindən biridir (Donetsk vilayəti). Şəhər Ukraynanın cənub-şərqində, Azov dənizinin şimal sahilində, Kalmius və Kalçık çaylarının mənsəbində yerləşir. 20 may 2022-ci ildən Rusiya Ordusu tərəfindən ələ keçirilib. Ukrayna qanunlarına görə, işğal olunmuş torpaqlar siyahısındadır.

GÜNÜN MANŞETLERİ