Putini görüşlərdən birinə virtual olaraq qatılacaq Rusiyanın xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.
Rusiya Prezidenti Vladimir Putin Balidə keçiriləcək G20 sammitində iştirak etməyəcək.
İslamazeri.com-un Sputnik-ə istinadən verdiyi xəbərə görə, bunu İndoneziyanın dənizçilik və investisiya məsələləri üzrə koordinatorunun sözçüsü Codi Mahardi “Reuters” agentliyinə müsahibəsində bildirib.
O qeyd edib ki, Rusiya Federasiyasını xarici işlər naziri Sergey Lavrov onlayn rejimdə təmsil edəcək:
“Putini görüşlərdən birinə virtual olaraq qatılacaq Rusiyanın xarici işlər naziri Sergey Lavrov təmsil edəcək”.
Daha əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Rusiyanın G20 və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığında iştirakı üçün müxtəlif formatlar müzakirə olunur.