EURO 1,9338 TRY 0,2945
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:10.04.2019 12:25:55

Devalvasiyalar zamanı əsas kredit məbləğləri üzrə bəzi banklarda MKR-da olan rəqəmlərdən fərqli məlumatlar var.

Problemli kreditlərə görə kompensasiya alacaq vətəndaşlarımızın bəzisi Maliyyə Bazarlarına Nəzarət Palatasının istifadəyə verdiyi onlayn portalda öz ödənişi ilə bağlı məlumat əldə etmək istərkən onların sorğusu “Əsas kredit borcu üzrə məlumatlar dəqiqləşdirilmə mərhələsindədir və məlumatlar dəqiqləşdiriləndən sonra portala daxil olunacaq”, - deyə cavab alır.

Oxu.Az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə rəisi Orxan İsmayılovun açıqlamasına görə, bu, heç də həmin vətəndaşımıza kompensasiya düşməməsi anlamına gəlmir. Bu məlumatı alan vətəndaşlarımıza kompensasiya düşürsə, onlar öz vəsaitlərini bütün hallarda digərləri kimi bu ayın sonundan etibarən alacaqlar.

Ekspert Vüqar Bayramovun verdiyi məlumata görə, dəqiqləşdirmə bəzi banklarda olan məlumatlarlarla Mərkəzləşdirilmiş Kredit Reyesterində (MKR) olan rəqəmlərin üst-üstə düşməməsi ilə bağlıdır. Devalvasiyalar zamanı əsas kredit məbləğləri üzrə bəzi banklarda MKR-da olan rəqəmlərdən fərqli məlumatlar var.

"Devalvasiyalardan sonra, 2016-cı il fevralın 3-də yaradılan palata devalvasiyalaradək olan bütün məlumatları dəqiqləşdirdikdən sonra kompensasiya məbləğlərini hesablaya bilər”, deyə ekspert bildirib.

Qeyd edək ki, Azərbaycan prezidentinin imzaladığı fərmana əsasən, bütün siyahılar sənədlə təsdiq olunduqdan 45 gün ərzində dəqiqləşdirilməlidir. Bu, o deməkdir ki, belə mesaj alan vətəndaşlarımızla bağlı məlumatlar ən geci aprelin 15-dək dəqiqləşdiriləcək.

“Deməli, ən geci növbəti bazar ertəsinədək bütün vətəndaşlarımızın kompensasiya məbləğləri ilə məlumatlar portala daxil olunacaq”, - deyə O.İsmayılov bildirib.


Problemli kreditlər siyahısında adını tapa bilməyənlərin - NƏZƏRİNƏ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyədə avtobus qatara çırpıldı
    Hadisə yerinə təcil tibbi yardım heyəti cəlb edilib.
     24.06.2019
    Jurnalist qadından şok iddia: Tramp məni zorlayıb...
    Tramp məsələyə reaksiya verib.
     24.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ