Polşa ATƏT-i məhv edir - Zaxarova

Polşa ATƏT-i məhv edir - Zaxarova
Yayınlanma tarixi: 22.11.2022 16:10:57

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi, ATƏT-in müxtəlif ölkələr və müxtəlif baxışlı siyasətçilər üçün müzakirə platforması kimi yaradıldığını xatırladıb.

İslamazeri.com "Sputnik"ə istinadən xəbər verir ki, Polşa Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi Rusiya nümayəndə heyətinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasında iştirakından imtina etməklə, bu təşkilatın özünü məhv edir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Söhbət təkcə bir dövlət kimi Polşadan deyil, ATƏT-ə sədrlik edən və bütün üzv ölkələr üçün bərabər iş şəraiti təmin etməli olan ölkədən gedir. Polşa Avropada təşkilatın öz sisteminə, təhlükəsizlik və əməkdaşlığına zərbə vurur", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova, ATƏT-in müxtəlif ölkələr və müxtəlif baxışlı siyasətçilər üçün müzakirə platforması kimi yaradıldığını xatırladıb:
"Bu gün Polşa sədrliyi faktiki olaraq bu danışıqlar platformasını məhv edir".
Qeyd edək ki, ATƏT-in hazırkı sədri olan Polşa Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun ATƏT Xarici İşlər Nazirləri Şurasının 1-2 dekabr tarixlərində Lodz şəhərində keçiriləcək iclasında iştirakına icazə verməyib. İclasda Rusiya nümayəndə heyətinə ATƏT-dəki daimi nümayəndə Aleksandr Lukaşeviç rəhbərlik edəcək.

GÜNÜN MANŞETLERİ