EURO 1,9828 NEFT 73,07
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:14.09.2017 14:31:30

Pirallahı rayonunda vaxtı keçmiş cərimələri ödəməyən sürücülərin aşkar edilməsi məqsədi ilə reydlərə başlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin müvafiq tapşırığına əsasən, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, barələrində tərtib olunmuş elektron protokollar üzrə təyin edilən cərimələri vaxtında ödəməyən sürücülərin müəyyən edilməsi məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.

Bu istiqamətdə növbəti reyd Pirallahı Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib. Reyd zamanı saxlanılan sürücülərin cərimələrinin olub-olmaması patrul avtomobillərində olan xüsusi bort kompüterlər vasitəsi ilə yoxlanılıb. Həmçinin, cərimələri mərkəzi məlumat xidmətində qərarsız kimi qeyd olunan sürücülər də saxlanılaraq onlara pozduqları yol hərəkəti qaydaları barədə yerindəcə müvafiq sənədlər təqdim olunub.

Tərtib olunmuş inzibati protokol üzrə təyin edilən cəriməni 2 ay müddətində ödəməyən sürücünün nəqliyyat vasitəsinin mühafizə olunan müvəqqəti duracağa yerləşdirilməsi barədə qərar qəbul olunur. Təşkil olunan reyd zamanı bu tipli qayda pozuntularına yol verən sürücülərin də avtomobilləri cərimə meydançasına yerləşdirilib.

Qeyd edək ki, bu ilin 8 ayı ərazində Pirallahı rayon DYPB-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan sürücü və piyadalara qarşı ümumilikdə 1083 inzibati protokol tərtib edilib. Həmçinin xüsusi texniki vasitələrin kömkliyi ilə qaydaları pozan 1168 hərəkət iştirakçısı inzibati qaydada cərimələnib.


Pirallahıda 1168 sürücü cərimələndi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Təhsil aldığı məktəbin 700 bal toplayan ilk məzunu
    “700 bal topladığımı biləndə inanmadım”.
     21.07.2018
    Çin: İrana qarşı olan birtərəfli sanksiyaların qəti əleyhinəyik
    Çin Ticarət Nazirliyi Pekin rəhbərliyinin İrana tətbiq ediləcək birtərəfli sanksiyalara qarşı olduğunu, İran ilə əməkdaşlığa davam edəcəklərini açıqlayıb.
     21.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ