Peyğəmbəri (s) qocaldan surə

Peyğəmbəri (s) qocaldan surə
Yayınlanma tarixi: 19.01.2023 14:47:59

İslamazeri.com-un "Din" rubrikasından...

"Nurus-səqəleyn"də həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunur:

 "Hud» surəsi məni qocaltdı"
Bu surənin ayələrindən alınan ümumi nəticə budur ki, müsəlmanlar heç vaxt düşmənin çoxluğu və hücumlarının şiddətinə görə meydandan qaçmamalıdırlar.

  İbn Abbas nəql edir: "Həzrət Peyğəmbər (s) üçün heç bir ayə "Sənə əmr edildiyi kimi sən də, səninlə birlikdə tövbə edənlər də möhkəm durun, (doğru yolda olun)...." ("Hud"-112) ayəsi qədər çətin gəlməmişdi".

  Yaxınları həzrət Peyğəmbərdən (s) saçının tez ağarmasının səbəbini soruşanda, O Həzrət (s) "Hud" surəsini səbəb göstərdi(«Məcməül-bəyan»,5-ci cild,səh.199).

  Başqa bir rəvayətdə isə nəql olunur ki, «Hud» surəsinin 112-ci ayəsi nazil olanda, Həzrət (s) buyurdu: "Ətəyinizi kəmərinizə keçirin". Bu hadisədən sonra Həzrəti (s) bir daha gülən görən olmadı("Əl-mənsur").

  Haqqında bəhs etdiyimiz ayədə dörd göstəriş vardır: "Sənə əmr edildiyi kimi sən də, səninlə birlikdə tövbə edənlər də istiqamətlənin (doğru yolda olun) Tüğyan etməyin ki, Allah sizin nə etdiklərinizi görür".("Hud"112):

  Birincisi, Həzrətin(s) möhkəm duruşu (doğru yolda olması), ikincisi, bu möhkəmliyin ilahi rəngdə olması, üçüncüsü, Həzrətin (s) öz ətrafındakı müsəlmanları möhmək duruşda olması və nəhayət dördüncü göstəriş, bu mübarizədə ədalətə riayət olunmasıdır. Başqa sözlə, duruş, ixlas, möminlərə rəhbərlik və həddi aşmamaq.

(Administrator: Bu ayə və ya bu sürənin peyğəmbəri (s) qocaldan məqamını belə bir tərzdə təfsir edirlər ki, Peyğəmbər (s) Allahın dinini təbliğ etmək və risalət məsələsində çox ciddi və "ayaqlaı şişincə" ibadət edən şəxsdir. Ayədə, "Doğru yolda olun", "Tüğyan etməyin" sözləri külli mənada olmasına baxmayaraq, belə anlaşılır ki, öz ibadətini onsuz da az hesab edən kamil insan, təbii ki bu ayədən təsirlənib daha da məsuliyətini artıracaq. Beləliklə Peyəmbərin (s) nə üçün "bu surə məni qocaltdı" deməsi anlaşılan məsələdir.

GÜNÜN MANŞETLERİ