Kremlin sözçüsü Qərbin Rusiyaya qarşı sanksiyaları barədə xəbərdarlıq edərək, Moskva-Berlin münasibətlərinin önəmli olduğunu diqqətə çatdırıb.
Tass xəbər agentliyinin məlumatına görə, Peskov jurnalistlərə müsahibə zamanı deyib: "Olaf Şultsun vəzifəyə başlamasından çox keçməyib və şübhəsiz ki, baş nazirin qarşıda həll etməli çoxlu daxili məsələlər var. Təəssüf ki, biz Qərbi Avropanın Ukrayna ilə bağlı qeyri-adi həyəcan nümayiş etdirdiyini görürük”.
Kremlin sözçüsü əlavə edib: "Almaniya Qərbi Avropadakı əsas tərəfdaşlarımızdan biridir və biz əlaqələrimizə böyük əhəmiyyət veririk və gələcəkdə bu əlaqələri daha da inkişaf etdirmək istəyirik."