Peskov: "Qara dəniz heç vaxt NATO dənizi olmayacaq"

Peskov:
Yayınlanma tarixi: 13.04.2023 18:05:25

"Qara dənizin bölünməz təhlükəsizliyi olmalıdır. O, heç vaxt NATO dənizi olmayacaq"

Rusiya Prezident Aparatının mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Qara dəniz heç vaxt NATO dənizi olmayacaq.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Paytaxt Moskvada jurnalistlərə açıqlamasında Ukrayna xarici işlər naziri Dmitro Kulebanın "Qara dəniz Baltik dənizi kimi NATO dənizi olmalıdır" sözlərinə reaksiya verən D.Peskov Qara dənizin ortaq dəniz olduğuna diqqət çəkərək deyib: “Kulebanın açıqlamaları ziddiyyətlidir. Qara dəniz bütün sahilyanı dövlətləri üçün ümumi dənizdir. Əməkdaşlıq, qarşılıqlı fəaliyyət və təhlükəsizlik dənizi olmalıdır. Qara dənizin bölünməz təhlükəsizliyi olmalıdır. O, heç vaxt NATO dənizi olmayacaq”.

GÜNÜN MANŞETLERİ