Bunu jurnalistlərə açıqlamasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Ülkər Səttarova deyib.
"Hazırda peşə təhsili səviyyəsində akkreditasiya meyarlarının hazırlanması istiqamətində iş aparılır".
İslamazeri.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Ülkər Səttarova deyib.
O bildirib ki, TKTA tərəfindən meyarlar demək olar artıq hazırlanıb:
"Hazırda peşə təhsili müəssisələrində çalışan həmkarlarla bu meyarlar müzakirələr edilir, müəyyən dürüstləşmələr aparılır. Bu prosesə həmçinin Avropa Komitəsi tərəfindən maliyyələşən layihədə olan xarici ekspertlər də bu prosesə qatılıb. Bu standartlar da ali təhsil müəssisələrinin akkreditasiya meyarları kimi ESG standartlarına uyğun olacaq".