EURO 1,8725 TRY 0,2943
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:31.10.2019 10:03:27

ABŞ Müdafiə Nazirliyi İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin məhv edilməsi əməliyyatının görüntülərini və əməliyyatın təfərrüatlarını açıqlayıb.

ABŞ Müdafiə Nazirliyi İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin məhv edilməsi əməliyyatının görüntülərini və əməliyyatın təfərrüatlarını açıqlayıb.

Virtualaz.org xəbər verir ki, ABŞ Mərkəz komandanlığının rəhbəri, general Kennet Makkenzi keçirdiyi brifinqdə bildirib ki, hücum vertolyotların köməyi ilə həyata keçirilib. Hücumdan əvvəl xüsusi təyinatlıları Suriya ərazisində qruplar halında cəmləşdiriblər. Terrorçunun məhv edilməsi əməliyyatı elə planlaşdırılmışdı ki, İŞİD üzvləri onun üstünü aça bilməsinlər və yerli sakinlərdən heç kim zərər çəkməsin.

General Makkenzi Bağdadinin olduğu evin video və fotolarını da təqdim edib. O, xatırladıb ki, iqamətgah İdlib əyalətində, Suriyanın şimal şərqində və Türkiyə sərhədindən cəmi 6.4 kilometr məsafədə idi. “Bu elə zonadır ki, biz adətən orada əməliyyatlar keçirmirdik. Ora çatmaq üçün Suriyadakı bazamızdan vertolyotlarla təxminən bir saat uçmaq lazım gəldi”,-Makkenzi bildirib.

Videonu şərh edən general qeyd edib ki, İŞİD yaraqlıları Amerika vertolyotlarını iki nöqtədən atəşə tutublar, lakin atəş nöqtləri susdurulub. Binaya hücumdan əvvəl xüsusi təyinatlılar içəridəkilərə təslim olmağı təklif ediblər. Növbəti videoda isə xüsusi təyinatlıların iki qrupu binaya yaxınlaşır. İçəridən çıxanlar yoxlanılır, sonra kənara çəkilir və hücum başlayır. Generalın sözlərinə görə, binada 11 uşaq olub.

 

Makkenzi qeyd edib ki, İŞİD yaraqlılarından beşi hərbçilərə təhlükə yaradıb və ərəb dilində təslim olmaq komandası verilsə də təslim olmayıblar. Söhbət dörd qadın və bir kişidən gedir, xüsusi təyinatlılar onları məhv ediblər. “Amerika döyüşçüləri tərəfindən sağ ələ keçiriləcəyinin qaçılmaz olduğunu görərək əl-Bağdadi üzərindəki bombanı partladıb, bu zaman onun yanında iki azyaşlı uşağı da var idi. Uşaqların yaşı 12-dən aşağı olub”,-komandan deyib.

Kennet Makkenzi bildirib ki, iki mərhələdə Bağadinin qalıqlarının DNK ekspertizası aparılıb və qalıqların İŞİD liderinə aid olduğu tamamilə təsdiqlənib. Terrorçunun cəsədinin qalıqları dənizə atılıb.

İslamazeri.com


Pentaqon İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin məhv edilməsinin görüntülərini yaydı - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda sosial şəbəkələrdə narkotik satan dəstə üzvü tutuldu
    Bakıda sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olan dəstənin üzvü saxlanılıb.
     13.11.2019
    Rusiyada erməni nasistinin xatirə lövhəsi qara boya ilə boyanıb
    Rusiyanın Armavir şəhərində faşist əlaltısı Qaregin Ter-Arutyunyana (Njde) qoyulan xatirə lövhəsi qara boya ilə boyanıb.
     13.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ