"Pensiya müstəqil və dinamik inkişaf edən sistemə çevrilib"

Yayınlanma tarixi: 17.01.2023 10:28:34

Bunu əmək və sosial müdafiəsi naziri Sahil Babayev "Azərbaycanda pensiya islahatlarına dəstək-Faza 2" Avropa İttifaqının tvinninq layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.

“Pensiya sistemində aparılan və aparılacaq islahatlarda beynəlxalq layihələrin, eləcə də "Azərbaycanda pensiya islahatlarına dəstək-Faza 2" tvinninq layihəsinin böyük önəmi olacaq. Bizim Avropa İttifaqı ilə sosial sahələrdə geniş əməkdaşlıq layihələrimiz var”.

İslamazeri.com xəbər verir ki, bunu əmək və sosial müdafiəsi naziri Sahil Babayev "Azərbaycanda pensiya islahatlarına dəstək-Faza 2" Avropa İttifaqının tvinninq layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.

Nazir bildirib ki, 7 tvinninq və texniki dəstək layihəsi həyata keçirilib, hazırda 2 layihə davam edir, 2 layihənin “yol xəritəsi” hazırdır:

“Ümumilikdə 12 böyük layihə icra olunur ki, onun böyük əksəriyyəti tvinninq layihələridir. Bu əməkdaşlıq layihələri əlillərin hüquqlarının müdafiəsi, sosial müavinət sahələrini əhatə edir”.

Sahil Babayev qeyd edib ki, Azərbaycan sosial dövlətdir və ölkədə sosial sahənin inkişafına hər zaman xüsusi diqqət yetirilir:

“Son beş ildə 4 sosial islahat həyata keçirilib. Minimum pensiya artıq 280 manata çatdırılıb, orta pensiya iki dəfədən çox artıb. Pensiyaların əlçatımlığı üçün sosial sığorta amnistiyası həyata keçirilirdi və bu il də onun müddəti 3 il daha da uzadılıb. Yaşa görə pensiyaların 80 faizi artıq proaktiv qaydada, elektron formada aparılır. Dövlətin pensiya sistemi müstəqil və dinamik inkişaf edən sistemə çevrilib”.

GÜNÜN MANŞETLERİ