Paşinyan İrana səfər edib

Paşinyan İrana səfər edib
Yayınlanma tarixi: 1.11.2022 11:24:52

Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi səfəri çərçivəsində bu gün səhər Tehrana gedib.

İslamazeri.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi təmaslar çərçivəsində Tehrana səfər edib.

Paşinyanı İran səfərində böyük nümayəndə heyəti müşayiət edir.

Paşinyan və onu müşayiət edən nümayəndə heyəti Tehrana rəsmi səfəri çərçivəsində İran prezidenti İbrahim Rəisi ilə görüşəcək.

Görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunacaq.

Rəisi-Paşinyan arasında keçiriləcək görüşdən sonra Tehranda iki ölkə arasında sazişlər imzalanacaq.

Xatırladaq ki, Nikol Paşinyan sonuncu dəfə 2021-ci ilin avqustunda İrana səfər etmişdi.

GÜNÜN MANŞETLERİ