Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:9.05.2022 16:00:31

Fransanın paytaxtı Parisdə yerləşən "Quai Branly-Jacques Chirac" muzeyində İmam Hüseynin (ə) müqəddəs ərbəin ziyarətindən olan görüntüləri əks etdirən "Göy qırx gün ağladı" sənədli filmi nümayiş etdirilib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, filmin rejissoru İslam sahəsində tədqiqatçı olan fransız xanım Sabrina Marundur. Film dünyadakı bütün dinlərə aid başqa sənədli filmlərlə birlikdə nümayiş etdirilib.

Ərbəin ziyarəti zamanı Nəcəfül-Əşrəfdən Kərbəlaya gedişini öz mobil telefonu ilə çəkən Sabrina Marun, yol boyu əza mərasimlərinin necə keçirildiyini lentə alıb.

O, ərbəin zəvvarlarından bu yürüş zamanı yaşadıqları mənəvi hisslər barədə müsahibə alıb.

Xanım Marun bildirib ki, film ildə bir dəfə milyonlarla insanın İmam Hüseynin (ə) hərəmini ziyarət etməsinin gözəl təsviridir.

O daha sonra bildirib:

"Ərbəin ziyarəti zamanı keçirilən əzadarlıq mərasimləri və bütün yol boyu pulsuz yemək paylanılması insanda elə təəssürat yaradır ki, sanki Kərbəla hadisəsi dünən baş verib".


Parisdə İmam Hüseynin (ə) ərbəin ziyarəti barədə sənədli film nümayiş etdirilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının plenar iclasında çıxış edib
    Ümumdünya Səhiyyə Assambleyası ÜST-nin qanunverici və ali orqanıdır. Assambleyanın əsas funksiyası təşkilatın fəaliyyətinin qlobal siyasi istiqamətlərinin müəyyən edilməsidir.
     23.05.2022
    Nazirlik: IV siniflərdə monitorinq keçiriləcək
    İyunun 7-də Təhsil Nazirliyi ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq keçirəcək.
     23.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ