1999-cu ildən sonra Pakistan və ABŞ arasında əlaqələrin bərpası rəsmi İslamabad üçün faciəvi olub.
İslamazeri.com xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Həvacə Asif bəyan edib.
Nazir parlamentdə çıxış edərkən ölkəsinin Vaşinqtonla münasibətlərini ən sərt şəkildə tənqid edib və deyib ki, Birləşmiş Ştatlar Pakistanı öz strateji maraqları üçün istifadə edib, sonra isə onunla “tualet kağızından da pis” rəftar edib.
O, ABŞ-la münasibətlərin Pakistana dərin və uzunmüddətli zərbə vurduğunu bildirib. Onun sözlərinə görə, ABŞ-dan dəstək almağa can atmaq Pakistanın ciddi xətasına çevrilib və bunun mənfi nəticələri hələ də hiss olunur.
Asif həmçinin deyib ki, Əfqanıstanda 1980-ci illərdə baş vermiş anti-sovet müharibəsi ABŞ-ın geosiyasi prioritetlərindən qaynaqlanırdı.
Pakistanın müdafiə naziri əlavə edib ki, ABŞ-la müttəfiqlik Pakistana olduqca baha başa gəlib.
O, Ağ Evlə münasibətləri olduqca sərt bir tərzdə pisləyərək qeyd edib ki, Pakistana “tualetdən kağızından da pis” münasibət göstərib – ondan istifadə edilərək atılıb.
Asif deyib ki, Pakistanın itkilərinin yeri heç vaxt dolmayacaq, Pakistan yarı yolda tək qoyulub, digərlərinin başlatdığı müharibələrdə Pakistandan kukla kimi istifadə ediblər.