1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:25.09.2019 14:03:06

"Ermənistan Azərbaycanın bütövlük və suverenliyinə hörmək etməlidir"

İslamazeri.com-un “Radio Pakistan”-a istinadən verdiyi xəbərə əsasən, Pakistan XİN başçısı Şah Mahmud Qureyşi Ermənistan rejimini işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməyə və BMT TŞ-nın müvafiq qətnamələrinin tələblərini yerinə yetirməyə səsləyib.

O qeyd edib ki, Qarabağ münaqişəsi regional sülh və sabitliyi təhdid edir. Bu problem Kəşmir probleminə bənzəyir.

O xatırladıb ki, Azərbaycanın torpaqlarının işğalı nəticəsində 1 milyondan çox insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.

“Paksitan Ermənistanın regionun etnik və iqtisadi xəritəsinin dəyişdirilməsi siyasətinə qarşıdır. İslamabada həmçinin Azərbaycan ərazəsindəki mədəni obyektlərin dağıdılmasına da qarşıdır. Ermənistan Azərbaycanın bütövlük və suverenliyinə hörmək etməlidir, BMT TŞ-nın qətnamələrini yerinə yetirməli və öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır”, - deyə Qureyşi bəyan edib.

O həmçinin BMT BA-nı bu məsələni həll etməyə səsləyib.


Pakistandan Ermənistana sərt çağırış: Qarabağdan çıx!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusu düşmən mövqelərinə artilleriya zərbələri endirir - VİDEO
    Azərbaycan Ordusunun bölmələri düşmən mövqelərinə artilleriya zərbələri endirir.
     30.09.2020
    İran Parlamentinin deputatı Ermənistanın silahlandırılmasını pisləyib
    Ermənistanı hərbi cəhətdən gücləndirmək üçün atılan istənilən addım pislənilir.
     30.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ