Pakistanda polis nəzarət məntəqəsinə silahlı hücum: Ölənlər və yaralananlar var

Pakistanda polis nəzarət məntəqəsinə silahlı hücum: Ölənlər və yaralananlar var
Yayınlanma tarixi: 7/30/2026 10:23:37 AM

Pakistanda polis nəzarət məntəqəsinə qanlı basqın baş verib.

İslamazeri.com xəbər verir ki, Pakistanın Xeybər Paxtunxva əyalətinin Hanqu rayonunda bir nəzarət məntəqəsinə silahlı hücum nəticəsində yeddi polis məmuru və səkkiz hücumçu öldürülüb, 22 polis məmuru yaralanıb.

Yerli medianın məlumatına görə, Xayber Paxtunxva əyalətinin Hanqu rayonunda bir nəzarət məntəqəsinə edilən silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin ərazidə genişmiqyaslı axtarış və təmizlik əməliyyatına başladığını açıqlayıb. Hücuma görə hələlik heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib.

Hücum, eyni vilayətin Tank rayonundakı başqa bir nəzarət məntəqəsinin hədəfə alınmasından bir neçə gün sonra baş verib. Əfqanıstan sərhədinə yaxın ərazilərdə zorakılığın yenidən artdığı bildirilir.

Ötən cümə günü avtomobil bombası ilə törədilən hücum nəticəsində əsgərlər, polis məmurları və hökumət rəsmiləri də daxil olmaqla 15 nəfər həlak olub. Pakistan ordusu sonrakı toqquşmalarda 12 silahlı şəxsin öldürüldüyünü bildirib.

İslamabad hökuməti Xeyber Paxtunxva və Bəlucistan əyalətlərində fəaliyyət göstərən silahlı qrupların Əfqanıstan ərazisindən hücumlar təşkil etdiyini iddia edir, Əfqanıstandakı Taliban hökuməti isə bu ittihamları rədd edir.

Qarşılıqlı ittihamlar iki ölkə arasında gərginliyi artırıb, sərhəd toqquşmaları və Pakistanın Əfqanıstana hava hücumları isə münasibətləri daha da gərginləşdirib. Taliban hökuməti və Birləşmiş Millətlər Təşkilatı ötən ilin iyun ayında Əfqanıstanın şərqindəki bu hücumlarda onlarla mülki şəxsin öldürüldüyünü açıqlayıb.

GÜNÜN MANŞETLERİ