Pakistanda məscidə terror hücumu edilib

Pakistanda məscidə terror hücumu edilib
Yayınlanma tarixi: 1/30/2023 2:08:36 PM

Pakistanın Peşəvər şəhərində məsciddə baş verən şiddətli partlayış nəticəsində azı 90 nəfər xəsarət alıb.

Pakistanın Peşəvər şəhərində məsciddə güclü partlayış baş verib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, polis partlayış nəticəsində məscidin bir hissəsinin dağıldığını, çoxlu sayda insanın dağıntılar altında qaldığını açıqlayıb.

Namaz zamanı baş verən partlayışda çoxu yaralanan ən azı 90 nəfər xəstəxanaya aparılıb.

Bildirilib ki, şiddətli partlayış camaat namaza toplaşarkən baş verib.

Pakistan televiziyası Geo News hadisənin terror hücumu olduğunu və bir nəfərin izdihamın ortasında üzərindəki partlayıcını işə saldığını bildirib.

Hücuma görə məsuliyyəti hələ heç bir qrup öz üzərinə götürməsə də, Pakistan mediası hücumun arxasında Talibanın olduğunu iddia edib.

GÜNÜN MANŞETLERİ

İran raketi Təl-Əvivin mərkəzini vurdu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketi Təl-Əvivin mərkəzini vurdu

3/24/2026 4:18:33 PM
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 20 təyyarə zədələnib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 20 təyyarə zədələnib

3/24/2026 2:38:29 PM
ABŞ Ənbarda Həşdi-Şabiyə hava zərbələri endirib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ Ənbarda Həşdi-Şabiyə hava zərbələri endirib

3/24/2026 1:29:17 PM