Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Pakistanın Hayber Paxtunxva əyalətində hərbi maşın karvanına hücum nəticəsində 3 uşaq və 3 əsgər həlak olub.
İslamazeri.com "Report"a istinadən xəbər verir ki, Pakistan ordusunun məlumatına görə, kamikadzenin hücumu Əfqanıstanla həmsərhəd Şimali Vəziristan rayonunun inzibati mərkəzi Miranşah şəhərində həyata keçirilib.
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.
Miranşahda “Təhrik-e Taliban Pakistan” (TTP) terror təşkilatı fəal şəkildə fəaliyyət göstərir.
Pakistanda kamikadze hərbi maşın karvanını partladıb