Pakistanda ərzaq yardımı zamanı yaranan izdihamda 11 nəfər ölüb

Pakistanda ərzaq yardımı zamanı yaranan izdihamda 11 nəfər ölüb
Yayınlanma tarixi: 1.04.2023 13:19:24

Pakistanın Kəraçi şəhərinin Site rayonundakı bir fabrik işçilərin ailələrinə pulsuz ərzaq paylanacağını açıqlayıb.

Pakistanın Kəraçi şəhərində fabrik işçilərinə pulsuz yemək paylanarkən izdiham yaranıb.

İslamazeri.com xəbər verir ki, Pakistanın Karaçi şəhərinin Site rayonundakı bir fabrik işçilərin ailələrinə pulsuz ərzaq paylanacağını açıqlayıb.

Qida məhsulları olan bağlamanın paylanmasında təhlükəsizlik tədbirləri görülmədiyi üçün izdiham yaranıb.

İzdihamda 8-i qadın, 3-ü uşaq olmaqla 11 nəfər həyatını itirib, 6-sı yaralanıb.

Polis paylamanı təşkil edən 7 nəfəri saxlayıb.

Qeyd edək ki, martın 27-də Xeybər Paxtunxva və Pəncab əyalətlərində hökumətin pulsuz payladığı un səbəbindən yaranan izdihamda 2-si qadın olmaqla 7 nəfər həyatını itirib.

GÜNÜN MANŞETLERİ