Pakistan XİN: Ukraynaya silah tədarük etmirik

Pakistan XİN: Ukraynaya silah tədarük etmirik
Yayınlanma tarixi: 17.02.2023 16:38:50

Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mumtaz Zəhra Bəluç bəyan edib.

Pakistanın digər ölkələr vasitəsilə Ukraynaya silah tədarük etməsinə dair xəbərlər həqiqəti əks etdirmir.

İslamazeri.com TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mumtaz Zəhra Bəluç bəyan edib.

Pakistan hərbi münaqişələrə müdaxilə etməmək siyasətinin tərəfdarıdır. Ukraynaya Pakistan tərəfindən döyüş sursatlarının tədarükü haqda xəbərlər həqiqətə uyğun deyil“, - deyə o qeyd edib.

XİN rəsmisinin sözlərinə görə, ölkəsi silahın yekun istifadəsinə və onun 3-cü ölkələrə ötürülməyəcəyinə dair möhkəm zəmanətlərin əsasında silah ixrac edir.

Bu, Pakistanın Ukraynaydakı münaqişə il bağlı mövqeyinə də aiddir“, – deyə Bəluç əlavə edib.

Xatırladaq ki, bir sıra, o cümlədən də bəzi Hindistan KİV-ləri Ukraynanın Pakistandan döyüş sursatları əldə etdiyini və bu tədarüklərin Kipr və Rumıniya vasitəsilə həyata keçirildiyini iddia etmişdi.

GÜNÜN MANŞETLERİ