Orta məktəblərə Polad Həşimov, İlqar Mirzəyev və Şükür Həmidovun adı veriləcək

Orta məktəblərə Polad Həşimov, İlqar Mirzəyev və Şükür Həmidovun adı veriləcək
Yayınlanma tarixi: 4.11.2021 17:02:31

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Polad İsrayıl oğlu Həşimovun adı verilib.

İslamazeri.com” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bununla yanaşı, qərara əsasən, Bakı şəhəri 98 nömrəli tam orta məktəbə “Azərbaycanın Milli Qəhrəmanı” İlqar Anzor oğlu Mirzəyevin adı verilib.

Bundan əlavə, Qubadlı rayonu Xanlıq kənd 3 nömrəli tam orta məktəbə (müvəqqəti olaraq Abşeron rayonunda yerləşir) “Azərbaycanın Milli Qəhrəmanı” Şükür Nəriman oğlu Həmidovun adı verilib.

Qeyd edək ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədov Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə müvafiq qərar imzalayıb.

Qərara əsasən, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Respublikanın müxtəlif şəhər və rayonlarındakı 37 məktəb və liseyə Azərbaycanın Milli Qəhrəmanı və Vətən Müharibəsi Qəhrəmanlarının adları verilib.

GÜNÜN MANŞETLERİ