Ombudsmana məmurlarla bağlı şikayətlər ünvanlanıb

Ombudsmana məmurlarla bağlı şikayətlər ünvanlanıb
Yayınlanma tarixi: 3.03.2023 15:22:35

Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

Ölkəmizdə məhkəmə qərarlarının icrası mexanizminin təkmilləşdirilməsi, icra sənədləri və icra hərəkətləri üzrə vahid elektron məlumat bazasının yaradılması, maraqlı tərəflər üçün informasiyanın əlçatanlığının təmin edilməsi üzrə tədbirlərin həyata keçirilməsinə baxmayaraq, məhkəmə qərarlarının icrası ilə bağlı problemlər hələ də qalmaqdadır.

İslamazeri.com xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

Sənəddə bildirilib ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin I hissəsində təsbit edilmişdir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

Məhkəmə qərarlarının vaxtında, düzgün və tam icra olunması, eləcə də icra prosesinə nəzarətin təmin edilməsi həm məhkəmə hakimiyyətinin səmərəliliyinin, həm də məhkəmələrin nüfuzunun artırılmasında müstəsna rol oynayır.

Bu sahədə Ombudsmanın ünvanına daxil olmuş müraciətlərdə əsas etibarilə məhkəmə qərarlarının uzun müddət icrasız qalması və ya tam icra edilməməsi, süründürməçilik hallarına yol verilməsi, icra məmurları tərəfindən etik davranış qaydalarının pozulması və kobud rəftar halları, məcburi icra tədbirlərinin həyata keçirilməməsi və bu kimi digər problemlər öz əksini tapıb.

Ombudsmana ünvanlanan şikayətlər sırasında icra məmurları tərəfindən tərtib edilmiş sənədlərdə nöqsanların və ziddiyyətli məlumatların olması səbəbindən məhkəmələr tərəfindən qanunamüvafiq tədbirlərin görülməsinin mümkün olmaması, həmin sənədlərin geri qaytarılması kimi hallar da öz əksini tapıb, görülmüş tədbirlər nəticəsində nöqsanların aradan qaldırılması təmin edilib.

Eyni zamanda Mülki Prosessual Məcəllənin 138-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir.

Bir sıra hallarda məhkəmələr tərəfindən qanunvericiliyin bu tələbinə riayət edilməmiş və prosessual hüquqların pozulmasına zəmin yaranıb.

GÜNÜN MANŞETLERİ