EURO 1,8856 TRY 0,3045
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:06.02.2019 10:55:59

Təşkilatın bu açıqlamasından sonra insanları narahat edən əsas məsələ isə Səhiyyə Nazirliyinin ÜST-ün bu tövsiyəsinə əməl etməməsi olub.

Bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda H1N1 virusunun yayılması ilə bağlı məlumat yayaraq, risk qrupuna daxil olan şəxslərin, yəni 65 yaşdan yuxarı insanlar, 5 yaşdan aşağı uşaqlar, hamilə qadınlar, xroniki xəstəlikləri olan şəxslər və səhiyyə işçilərinin peyvənd olunmasını tövsiyə edib.

Təşkilatın bu açıqlamasından sonra insanları narahat edən əsas məsələ isə Səhiyyə Nazirliyinin ÜST-ün bu tövsiyəsinə əməl etməməsi olub.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Səhiyyə Nazirliyinin Baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri İbadulla Ağayev bildirib ki, peyvəndlərin vurulması ilə H1N1 virusunun qarşısını almaq olmaz:

“H1N1 virusuna görə insanların peyvənd olunmasına ehtiyac yoxdur. İnsanlar bu xəstəliyə yoluxmamaq üçün özlərini qorumalı, yoluxanlar isə həkimə müraciət etməlidir. Risk qrupu altında olan insanlar istəsələr, peyvənd olunarlar. Ölkədə fəaliyyət göstərən bəzi klinikalar peyvənd edirlər, peyvənd olunmaq istəyənlər həmin yerlərə müraciət edə bilərlər”.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı ofisinin təmsilçisi Cəvahir Süleymanova isə bildirib ki, peyvənd olunmaq ÜST-ün tövsiyəsidir və bu yolla insanlar virusa yoluxmaqdan qoruna bilərlər:

“Ümumdünya Səhiyyə Təşkilatının komissiyası hər il son 10 il ərzində ən çox yayılan xəstəlikləri analiz edir və ona uyğun peyvəndlər hazırlanır. Bu il üçün 3 komponentli vaksin hazırlanmışdı və tövsiyə olunurdu ki, payızın əvvəlində risk qrupuna daxil olan insanlar üçün həmin peyvəndlər vurulsun. Bu ÜST-ün tövsiyələrdir və təşkilatın rəsmi saytında, sosial şəbəkədəki səhifəsində yayımlanır. ÜST Azərbaycan Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edir. Epidemiya və pandemiya olmadığı üçün bu məlumatlar KİV-lərə verilmədi. Ölkədəki xəstəxanalarda çalışan həkimlər insanlara, xüsusən risk qruplarına adi olan şəxslərə bu peyvəndləri tövsiyə edə bilərlər.

Düzdür, xəstəlik ölkədə kütləvi şəkildə yayılmır, amma hər il ÜST-ün bununla bağlı tövsiyəsi olur. Hazırda isə respublikada qripin yayılması ilə bağlı vəziyyət stabildir. Bizim əlimizdə Avropa üzrə qripin yayılması ilə bağlı məlumatlar var. Onlarla müqayisədə ÜST Azərbaycan üçün vəziyyəti orta-aşağı səviyyə kimi qiymətləndirir”.


Ölkədə “donuz qripi” tapmacası: Kimə inanaq?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Şəmkirin Sarıtəpə kəndindəki yanğında ana ölüb, nənə ağır vəziyyətdədir
    Şəmkirin Sarıtəpə kəndində ailə münaqişəsi zəminində, ərin bazar günü həyat yoldaşının ata evini yandırması nəticəsində öncə övladı, həyat yoldaşı isə sonradan xəstəxanada vəfat edib.
     19.08.2019
    Onlar Azərbaycan adına hər bir uğura narahatdırlar - MÜSAHİBƏ
    Artıq bir neçə ildir ki, SalamTourla "Ərəfə missiyası" şüarı ilə Kərbəlada tədbirlər təşkil olunur...
     19.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ