Novruz bayramı haqqında hədislər

Novruz bayramı haqqında hədislər
Yayınlanma tarixi: 19.03.2024 12:38:19

İslamazeri.com-un "Din" rubrikasından...

Novruz baryamı ilə bağlı bir çox hədislərə təsadüf etmək olar.Onlardan bəzilərini sizə təqdim edirik.
İmam Sadiq (ə) buyurub:

“Novruz o gündür ki, peyğəmbər (s) Qədir-Xumda həzrət Əli üçün əhd alıb və orada olanlar o həzrətin vilayətini qəbul edib. Xoş o kəsin halına ki, onu qorudu, vay o kəsin halına ki, onu ayaqladı.”

“O gün, həzrət Əli (ə) nəhrəvan döyüşündə qalib oldu.”

“O gün, bizim Qaimimiz zühur edəcək və Allah onu Dəccala qalib edəcək.”

“Elə bir novruz yoxdur ki, biz fərəci (İmam Zamanın (ə.f) zührunu) gözləməyək...”

Novruz gününün özəlliyini açıqlayan hədis çoxdur. Biz bir neçəsi ilə kifayətləndik.
Əlbəttə ki, novruz biz azərbaycanlıların da sevinclə qarışıladığı bayrmadır. Dini aspektən möminin əsil bayramı günah etmədiyi gündür. Ümid edirik novruzu günahlardan uzaq şəkildə qarşılayaq və hər günümüzə dini boya verək!
İslamazeri.com bütün azərbaycanlıları novruz bayramı münasibəti ilə təbrik edir!

GÜNÜN MANŞETLERİ