Niyə duam qəbul olmur? - SƏBƏB

Niyə duam qəbul olmur? - SƏBƏB
Yayınlanma tarixi: 26.10.2021 16:27:16

Dini mətnlərə əsasən, Allah, bəndəsinin duasını qəbul etməyə söz verib...

Dini mətnlərə əsasən, Allah, bəndəsinin duasını qəbul etməyə söz verib. Lakin bəzən dualar qəbul olmur və ya təxirə düşür. Bəs bunun səbəbi nədir; niyə duamız qəbul olmur?

İslamazeri.com insanları düşündürən bu mövzu ilə bağlı qısa araşdırmanı təqdim edir:

Quranın Bəqərə surəsinin 186-cı ayəsində deyilir: “Bəndələrim mənim barəmdə səndən soruşsalar, (bilsinlər) Mən yaxınam. Məni çağıranın duasını qəbul edərəm”.

Mehriban Allahın dualarımızı qəbul etməsinə söz verməsinə baxmayaraq niyə bəzən dualarımız qəbul olmur? Buna mane olan nədir?

 

1.Günah;

İmam Əli (ə): “Günah duanın qəbul olmasına mane olur. Duanın qarşısını günah ilə almısınız. Bu səbədən duanın gec qəbul olmasına təəccüb etmə.” (Misbahul mütəhəccid s 844)

 

2.Haram maldan istifadə etmək;

Allahın Rəsulu (s): “Haram tikə yeyənin 40 gün namazı və duası qəbul olmaz.” (Biharul-ənvar c 63, s 314)

 

3.İnsanlara zülm etmək;

Həzrət Muhəmməd (s): “Zülm etməyin. Əks halda, dualarınız qəbul olmaz, yağış istəyərsiniz yağmaz, Allahdan yardım istəyərsiniz, lakin yardım etməz.” (Kənzul-ummal c 3,s 503)

 

4.Valideynə itaətsizlik etmək;

İmam Sadiq (ə): “Duaların qarşısını alan günahlardan biri də, valideynə itaətsizlik etmək və onları incitməkdir.” (Kafi c 2, s 448)

 

5.Yaxşılıqlara dəvət etməmək və pisliklərdən çəkindirməmək;

İmam Kazım (ə): “Yaxşılıqlara dəvət edin və pisliklərdən çəkindirin. Əks halda, pis insanlar işlərinizi ələ keçirər və bu zaman dualarınız qəbul olmaz.” (Mişkatul-ənvar s 50)

 

6.Namaza yüngül yanaşmaq;

Allahın Elçisi: “Namaza yüngül yanaşmağın nəticələrindən biri də, duaların asimana qalxmamasıdır.” (Fəlahus-sail s 22).

 

Gördüyünüz kimi hədislərə əsasən, duaların qəbul olmamasına səbəb məhz günah faktorudur. Lakin mehriban Allah, bəzən insanı imtahan edərək məqamının yüksəltməsi üçün, bəzən edilən duanın qəbul olmasını məsləhət bilməməsi üçün, bəzən isə edilən duadan daha xeyirlisini vermək üçün də duaları qəbul etmir, hansıki bunlar da zahirdə pis görünsə də, həqiqətdə insanın xeyrinədir.

FOTO

GÜNÜN MANŞETLERİ