Niyə dəfndən sonra məzarın üzərinə su tökürlər?

Niyə dəfndən sonra məzarın üzərinə su tökürlər?
Yayınlanma tarixi: 26.10.2021 14:50:23

İmam Cəfər Sadiqdən (ə) rəvayət edilmiş hədisə əsasən, ölünün qəbrinin torpağı qurumayınca, onun qəbir əzabı təxirə salınar.

İmam Cəfər Sadiqdən (ə) rəvayət edilmiş hədisə əsasən, ölünün qəbrinin torpağı qurumayınca, onun qəbir əzabı təxirə salınar. Xüsusilə, dəfn gecəsində qəbir əzabının və sorğunun çox şiddətli olması məlumdur. Buna görə dəfndən sonra məzarın üzərinə su səpir, həmin gecə vəhşət namazı qılırlar.

İslamazeri.com islam.az-a istinadən bildirir ki, bu, müstəhəb əməldir, vacib deyil. Su tökərkən qəbrin baş tərəfindən başlayırlar və ayaq tərəfə davam etdirirlər, yenə baş tərəfə qayıdıb dövrəni tamam edirlər. Dəfndən sonrakı 40 gün ərzində hər gün bunu etmək müstəhəb sayılır. Adətən, məzarın üzərinə su səpdikdən sonra orada iştirak edənlər əl barmaqlarını məzarın torpağına batırıb 7 dəfə Qədr surəsi oxuyur və ölünün ruhuna rəhmət deyirlər.

FOTO

GÜNÜN MANŞETLERİ