Nigeriyada terrorçuların girov saxladığı 201 nəfər xilas edilib

Nigeriyada terrorçuların girov saxladığı 201 nəfər xilas edilib
Yayınlanma tarixi: 24.03.2023 16:51:12

Nigeriya ordusu terrorçuların girov saxladığı 201 nəfəri xilas edib.

Nigeriya ordusu ölkənin şimalındakı Borno və Kaduna əyalətlərində Boko Haram və ISWAP terror təşkilatları tərəfindən girov götürülən 201 nəfəri əməliyyatla xilas edib.

İslamazeri.com xəbər verir ki, Nigeriya Müdafiə Nazirliyinin Media əməliyyatları direktoru Musa Danmadami bildirib ki, ordu son iki həftədə Borno və Kaduna əyalətlərində terror təşkilatlarına qarşı əməliyyatlar keçirib.

Danmadami əməliyyatlar zamanı terrorçular tərəfindən girov götürülən 201 nəfərin xilas edildiyini və bu şəxslərin ətrafdakı xəstəxanalarda müalicə altına alındığını bildirib.

Əməliyyatlarda 27 terrorçunun zərərsizləşdirildiyini qeyd edən Danmadami, təşkilata maddi-texniki dəstək verən 18 nəfərin və terrorçulara məxsus mühüm sursatların ələ keçirildiyi barədə məlumat paylaşıb.

Danmadami əməliyyatlar zamanı 1506 terrorçunun ailələri ilə birlikdə təhlükəsizlik qüvvələrinə təslim olduğunu bildirib.

Qeyd edək ki, Nigeriyada 2009-cu ildən bəri mövcud olan Boko Haramın təşkil etdiyi kütləvi terror aktlarında 20 mindən çox insan həyatını itirib.

GÜNÜN MANŞETLERİ