EURO 1,927 TRY 0,3195
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:16.05.2018 12:18:31

Nigeriya şiələrinin lideri Şeyx Zəkzaki məhkəmə qarşısına çıxarılıb

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Nigeriya şiələrinin lideri Şeyx İbrahim Zəkzaki məhkəmə qarşısına çıxarılıb.

Məlumata görə, Şeyx İbrahim Zəkzaki və həyat yoldaşı Zenət Zəkzaki qətl və qanunsuz aksiya təşkil etmək kimi qondarma ittihamlarla bağlı dindirilmək üçün Kaduna vilayətinin Ali Məhkəməsinə gətiriliblər.

Bu, Nigeriya İslam Hərəkatı rəhbərinin həbs olunduğu zamandan bəri ikinci dəfədir ki, hakim qarşısına çıxarılır.

Qeyd edək ki, 2016-cı ilin dekabr ayının əvvəlində Nigeriyanın Ali Federal Məhkəməsi Şeyx İbrahim Zəkzakinin sərbəst buraxılmasıyla bağlı qərar qəbul edib, Qərara əsasən məhkəmə, təhlükəsizlik qüvvələrinin iddialarını əsassız hesab edərək, Şeyx Zəkzakinin saxlanılmasının qanunsuzluq kimi dəyərləndirib. Məhkəmə qərarına əsasən, Şeyx Zəkzaki 45 gün ərzində polisə təhvil verilməli, daha sonra isə 24 saat ərzində təhlükəsiz yerə köçürülməlidir.

Bundan əlavə, məhkəmənin qərarına əsasən təhlükəsizlik qüvvələri Şeyxin ailəsinə 160 min dollar təzminat da ödəməlidir. Ordu isə məhkəmə qərarlarını heçə sayaraq, dini lideri azad etməkdən imtina edir.

Qeyd edək ki, ordunun Zəkzakinin tərəfdarlarına hücum etməsi nəticəsində ən azı 374 nəfər dünyasını dəyişmişdi.


Nigeriya şiələrinin lideri Şeyx Zəkzaki məhkəmə qarşısına çıxarıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan Müsəlmanlar İdarəsi Xocalı soyqırımı ilə bağlı tədbir keçirib - FOTO
    Gürcüstan Müsəlmanlar İdarəsi və Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurası ermənilər tərəfindən törədilən Xocalı soyqırımı ilə bağlı Tbilisidə tədbir keçirib
     24.02.2019
    Norveç ordusunda təcavüz hadisələri sürətlə artır
    Norveç 2016-da qadınlara da icbari əsgərlik tətbiqi gətirmişdi.
     24.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ