EURO 2,0296 NEFT 57,34
USD 1,7008 RUB 0,0295
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.09.2017 17:07:52

Karikaturada yəhudi milyarder Corc Soros dünyanı idarə etməkdə ittiham olunub.

İsrailin Baş nazirinin oğlu Yair Netanyahunun öz "facebook" səhifəsində paylaşdığı karikatura qalmaqala səbəb olub.

İslamazeri.com "Haaretz"-ə istinadən xəbər verir ki, tanınmış yəhudi milyarder Corc Sorosu hədəfə alan karikatura tipli şəkil anti-semitik məzmun daşımaqda ittiham olunub. Kəskin tənqidlərin ardınca ötən şənbə günü yerləşdirilmiş şəkil silinib.

Karikatura "qida zənciri" mövzusuna həsr olunub və yəhudilərin dünyanı idarə etməsilə bağlı məşhur konspirasiyaya əsaslanıb. Belə ki, şəkildə Corc Soros bəzi konspiroloqlar tərəfindən dünyanı idarə etdikləri iddia olunan reptiloid adlı varlığı idarə etməsi əks olunur. Öz növbəsində bu varlıq xoşbəxt yəhudi tacir simvolunu idarə edir. Karikaturada, həmçinin İsrailin sabiq Baş naziri Ehud Barak, Benyamin Netanyahuya qarşı etiraz aksiyalarının təşkilatçısı Eldad Yaniv və Netanyahunun rəsmi qərargahının təsərrüfat işlərinin sabiq rəhbəri Mani Naftali də əks olunub.

Neo-nasist "Daily Stormer" qəzeti bu paylaşımla bağlı xəbər dərc edərək yəhudilərin dünya ağalığı ilə bağlı iddialarını ifşa etdiyi üçün Netanyahunun oğluna təşəkkür edib.


Netanyahunun oğlu internetdə anti-semitik məzmunlu karikatura paylaşıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Katolik dünyası parçalanır? - Bir dəstə xristian Papanı mürdət elan etdi
    Roma Papası baxışlarına görə tənqid edilib.
     25.09.2017
    Beynəxalq təşkilat bu ilin martında Rəqqa şəhərində baş tutmuş raket hücumlarında 84 dinc sakinin öldüyünü bildirib.
     25.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ