Necə dua edək? - 3 MƏSLƏHƏT

Necə dua edək? - 3 MƏSLƏHƏT
Yayınlanma tarixi: 27.10.2021 12:29:36

İslamazeri.com-un "Din" rubrikasından...

Duamızın qəbul olması üçün bir neçə məsələyə diqqət etməliyik:

1.Duanı təkrarlamaq: Hədisdə var ki, bəndə ən azı duasını 3 dəfə təkrarlasın. Həyatda problemlərlə üzləşdiyinizi gördüyünüz zaman Xanım Zəhranın (s) zikrini deyin. Qəlbin aramlığı üçün çox təsirlidir.

2.Duada israr və təkid etmək: Çox dua edin və çox istəyin. Dua edə bilirsinizsə deməli Allahın nəzəri üzərinizdədir. Peyğəmbər (s) buyurur: Allahdan bir şey istədiyiniz zaman çox istəyin.

3.Ümumi şəkildə dua etmək: Yalnız özünüz üçün dua etməyin. Peyğəmbər (s) buyurur: Ümumi halda edilən dua qəbul olmağa daha yaxındır. Xanım Zəhra da (s) dua etdiyi zaman ilk öncə ətrafını dua edərdi. Bir biriniz üçün dua etməyi unutmayın.

Höccətül-islam Seyid Hüseyn Mömini

GÜNÜN MANŞETLERİ