EURO 1,9338 TRY 0,2945
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:02.10.2018 01:34:37

Yeni direktor kollektivə təqdim edilib

Yeni direktor kollektivə təqdim edilib

Qobustan Milli Tarixi-Bədii Qoruğuna yeni direktor təyinatı olub.

İstiPress-in məlumatına görə, oktyabrın 1-də yeni direktor Vüqar İsayev qoruğun kollektivinə təqdim edilib.

Təqdimat mərasimində çıxış edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov bildirib ki, mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə İsayev Vüqar Ürfət oğlu Qobustan Milli Tarixi-Bədii Qoruğunda direktor təyin olunub.

Qeyd olunub ki, bundan əvvəl də Mədəniyyət Nazirliyi sistemində çalışan V.İsayev Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması üzrə nəzarət şöbəsinin Abidələrin qorunması və texniki nəzarət sektorunun müdiri vəzifəsində işləyib.

Sonda çıxış edən Vüqar İsayev qarşıya qoyulan vəzifələrin icrası üçün çalışacağını diqqətə çatdırıb.

İslamazeri.com


Nazirdən yeni direktor TƏYİNATI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyədə avtobus qatara çırpıldı
    Hadisə yerinə təcil tibbi yardım heyəti cəlb edilib.
     24.06.2019
    Jurnalist qadından şok iddia: Tramp məni zorlayıb...
    Tramp məsələyə reaksiya verib.
     24.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ