NATO ekspertləri Bakıda treyninq keçirir

NATO ekspertləri Bakıda treyninq keçirir
Yayınlanma tarixi: 7.12.2022 13:17:35

Milli Müdafiə Universitetində NATO-nun "Müdafiə təhsilinin genişlənməsi proqramı" çərçivəsində “Distant təhsil üzrə sistem administratorlarının hazırlanması” üzrə treyninq keçirilir.

Müdafiə Nazirliyindən "İslamazeri.com"a verilən məlumata görə, distant təhsil üzrə NATO-nun aparıcı mütəxəssisləri tərəfindən Milli Müdafiə Universitetinin aidiyyəti nümayəndələrinə veb əsaslı təlim idarəetmə sistemi (ILIAS) platforması, platformanın imkanları və funksiyaları, multimedianın yaradılması və digər mövzularda məşğələlər keçirilir.

Dekabrın 9-dək davam edəcək treyninqin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

GÜNÜN MANŞETLERİ