EURO 2,0024 NEFT 78,48
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:12.07.2018 09:45:50

NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib.

NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib.

Trend-in məlumatına görə, bu barədə təşkilatın Brüsseldə 11-12 iyul tarixlərində keçirilən 29-cu sammitində iştirak edən dövlət və hökumət başçıları tərəfindən qəbul edilən yekun bəyannamədə deyilir.

Bəyannamədə bildirilir: "Biz bütün tərəfdaşlarımızın xarici təzyiq və məcburiyyət olmadan xarici siyasət və təhlükəsizlik siyasəti üzrə müstəqil və suveren seçim etmək hüququnu dəstəkləməyə davam edirik".

Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəstəklənməsinə sadiqlik bir daha təsdiqlənir: "Bu baxımdan biz Cənubi Qafqazda münaqişələrin bu beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında sülh yolu ilə həlli üçün səyləri dəstəkləməkdə davam edirik. Biz bütün tərəfləri konstruktiv və güclü siyasi iradə ilə danışıqların müəyyən edilmiş çərçivələri daxilində münaqişələrin sülh yolu ilə həll olunması üzərində işləməyə təkidlə çağırırıq".


NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda keçirilən əzəmətli Aşura mərasimlərindən videoreportaj
    İslamazeri.com "İslaminSesi"nə istinadən bu gün paytaxt Bakıda minlərlə insanın iştirakı ilə keçirilən Aşura mərasimlərindən hazırladığı videreportajı oxucularına təqdim edir
     20.09.2018
    Ölkə boyu keçirilən Aşura mərasimlərindən gözəl görüntülər
    Hər il olduğu kimi bu ildə Azərbaycanda Aşura mərasimləri böyük izdihamla keçirilib
     20.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ